Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Hollandiyada yaşayan Əlikram Hümmətov dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan məlumata görə o, Hollandiyada xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib. Mühacirətdə olarkən hərdən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.