Vasif Talıbovun Bənəniyar Cinayətləri - Qızını zorlayan ata BÖHTANI
Culfa rayon sakini gənc qız fahişəliyə necə cəlb olundu?
2020-ci ildə Naxçıvanın Culfa rayonunda inanılmaz bir hadisə baş verib.
Məlumata görə, rayonun Bənəniyar kənd sakini Günay Cabbarova İlqar qızı (ad şərtidir) kəndin sahə müvəkkili Orxan Əsgərov (həqiqi adıdır) tərəfindən zorlanıb. Özü də harda? – Polis məntəqəsində.
Rayon polis şöbəsinə şikayət gedən Günayın qarşısına həmin təcavüz hadisəsinin videosu qoyulub və qız videonun yayılması ilə təhdid edilib. Ondan atası tərəfindən zorlandığına dair ifadə alınıb. Maraqlıdır ki, öz qızına təcavüzlə günahlandırılan ata məsuliyyətə cəlb olunmayıb və ona dərhal Naxçıvanı tərk etməsi barədə göstəriş verilib. Bu faktın özü də ittihamın saxta olduğuna dəlalət edir. Hazırda ata İlqar Cabbarov Bakıda yaşayır.
Daha sonra Culfanın Kırna kənd nümayəndəsi Səid müəllimin himayəsinə verilən Günay “xanzadə” Seymurun restoranlarından birində fahişəliyə cəlb olunub. Günayın yaxın qohumlarının etirazlarından çəkinən Seymur onu akademikbaşı “Pəncov” İsanın oğlu Səhət Həbibbəyliyə satıb. Bu qul alverindən sonra Günay Səhət Həbibbəyliyə məxsus “Dan yeri” şirkətinə aid restoranlarda və istirahət məkanlarında işləməyə başlayıb. Hazırda da öz “əmək fəaliyyətini” Səhətin obyektlərində sürdürür.
Qeyd edək ki, aldığımız bu məlumatı Günayın atası İlqar da təsdiqlədi və qızının başına gətirilən oyunlarla bağlı indiyədək mübarizə aparmasına baxmayaraq, heç bir nəticə əldə edə bilmədiyini vurğulayıb. İlqar Cabbarov Naxçıvanda baş verən siyasi dəyişikliklərdən sonra bu mübarizəsini daha rahat davam etdirə biləcəyini bildirib.
Dediyinə görə, bu zamanadək o və ailəsi dəfələrlə ölümlə hədələnib.
Naxçıvan MR DİN sahə müvəkkili Orxan Əsgərovu qorumaq üçün Bənəniyar kəndindən Nehrəm kəndinə transfer edilib. Bir sözlə, qadın ticarəti mafiyasının əsas fiqurlarından olan polis əməkdaşı Naxçıvan MR DİN tərəfindən himayə olunur.
P.S. Naxçıvan MR DİN-in bu iddialarla bağlı təkzibi olarsa əlimdəki səs yazılarını, videoları və s. dəlilləri yaya bilərəm.
Əziz dostlar, Vasif Talıbovun cinayətləri haqqında davamlı yazıların olacağını bildirmişdik! Növbəti hadisələrdən biri haqqında yazı Heyder Oguz tərəfindən yazılsa da mən də paylaşıram və inanıram ki, hər bir Bənəniyar sakini Heydər Oğuzun yazdığı bu hadisəni təsdiq edə bilər!