AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan xalqı qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”un müəllifi vəfat ETDİ

  • + A
  • - A
  • 25-12-2022, 16:40

    "Azərbaycan xalqı qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”un müəllifi vəfat ETDİ


    Azərbaycan xalqı qan görəndə qorxmuyor, “naoborot” qızışıyor” ifadəsini işlədən Gəncə sakini vəfat edib.

    "Unikal"ın məlumatına görə, Vətən müharibəsində həmin sözlərlə məhşurlaşan 60 yaşlı Gəncə sakini Taryel Şahverdiyev ötən gecə ürək tutmasından dünyasını dəyişib.

    Taryel Şahverdiyevin bir ay əvvəl ürəyindən əməliyyat olduğu bildirilib.

    Xatırladaq bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb.

    Qeyd edək ki ,Taryel Şahverdiyev təqaüdə olan polis mayorudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR