"Xətai-Cəfər Cabbarlı" tunelində qatar hərəkətdə olarkən maşinistin idarəetmə panelində qapılardan birinə müdaxilə ilə bağlı siqnal işə düşüb. Qaydalara uyğun olaraq, qatar dayandırılıb, dərhal texniki baxış təyin edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə 3 dəqiqə ərzində davam edən baxış zamanı qatarda hər hansı problem olmadığı müəyyən edilib. Qatar stansiyaya daxil olub. Əlavə texniki baxış keçirilməsi qərara alınıb və həmin xəttə əlavə qatar verilməklə, həmin qatar baxış sahəsinə verilib. Artıq həmin qatarda hər hansısa texniki problem olmadığı müəyyən edilib.
Sonda metro sözçüsü sərnişinlərə müraciət edərək, Bakı metropolitenindən istifadə edərkən qaydalara zidd hərəkətlərə yol verilməməsinə, istifadə və asayiş qaydalarına ciddi riayət olunmasına çağırıb.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.