AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda qatar 37 yaşlı şəxsin həyatına son qoydu

  • + A
  • - A
  • 4-01-2023, 15:13

    Tovuzda qatar 37 yaşlı şəxsin həyatına son qoydu

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanmışdır.

    Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR