AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qeyri-leqal yollarla Rusiyaya narkotik göndərməyə çalışan transmilli cinayətkar dəstə üzvü saxlanılıb

  • + A
  • - A
  • 5-01-2023, 15:53

    Qeyri-leqal yollarla Rusiyaya narkotik göndərməyə çalışan transmilli cinayətkar dəstə üzvü saxlanılıb

    Yeni ilin ilk günündə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb

    Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək qeyri-leqal yollarla Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin növbəti üzvü saxlanılıb.
    Azadmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı əvvəllər məhkum olunmuş Fərhad Əliyev tutulub. Onun üzərindən 2 büküm ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə həşiş və əlavə olaraq narkotiklərin satışından əldə olunan pul vəsaitlərinin nağdlaşdırılması zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar olunub.
    İlkin sorğu zamanı Fərhad Əliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiya Federasiyasına göndərmək olub. Aparılan araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.
    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR