AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirin Şilyan kənd orta məktəbində iyrənc hadisələr məharətlə ört-basdır edilir

  • + A
  • - A
  • 30-01-2023, 09:30

    Kürdəmirin Şilyan kənd orta  məktəbində iyrənc hadisələr məharətlə ört-basdır edilir

    Cəlilabada media-tura gedəndə Bizim Media.az-ın əməkdaşı Alçina Amilqızı saytlarında gedən yazını göndərdi mənə, ürək ağrısı ilə hadisəni danışdı. Düzü, oxudum, inanmadım. Şəxsi facebook səhifəmdə elan verdim ki, Kürdəmir rayonu Şilyan kənd sakinləri mənə yazsın. Məqsədim kənd sakinlərindən fakti bir daha təsdiqləmək idi. Təəssüf ki, möcüzə baş vermədi, təəssüf ki, yazacağım iyrənc hadisə o kənddə baş verib...
    Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində iki fakt yaşanıb. Və hansısa qüvvələr hər iki faktın üzərindın asanlıqla "ütü çəkib". Kənd sakinləri mənə onu da bildirdi ki, məktəbdə MİQ-lə qəbul olunan müəllimlərlə, yerli müəllimlər arasında qalmaqal səngimir, sözün kobud mənasında köhnələr təzələri gözümçıxdıya salıb, təhsillə, təlim-tərbiyə ilə məşğul olmağa vaxt qalmır...
    Keçək əsas məsələlərə...
    Sözügedən təhsil ocağında ötən ilin may ayında məktəbin 3 şagirdi ibtidai sinifdə oxuyan məktəbli ilə qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkənin anası hadisə barədə məktəb direktoruna və polisə məlumat verib. Zorlanma hadisəsində şübhəli bilinən şagirdlər valideynləri ilə birgə Kürdəmir Rayon Polis Şöbəsinə çağırılsalar da məsələ hansısa səbəbdən qapadılıb. Hadisə şahidləri ürəkağrısı ilə bildirir ki, zorlanan, bağırsağı, boğazı dağılan zavallı uşaq 3 gün qaytarıb. (Əllərim əsdi bunu yazanda). Zorlayan da, zorlanan da müəllim nəvəsidir. Zorlanan uşağın müəllim babası rəhmətə gedib, zorlayan məktəblinin babası məktəbdə müəllimdi.
    Təsəvvür edin, biabırçı olay müəllim baba ilə (babanın digər oğlu da məktəbdə müəllimdi - müəl.) Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən ört-basdır edilib. Zərərçəkənin valideyninə övladını zorlayan 3 nəfərin məktəbdən uzaqlaşdırılacağı vədi verildiyi üçün məsələnin hüquq-mühafizə orqanlarında böyüməsinə imkan verilməyib.
    Hadisədən sonra 3-cü sinif şagirdini zorlayan biri 8-ci sinif, digər ikisi isə 9-cu sinif şagirdləri olmaqla - 3 nəfər tədris ili bitənə kimi dərsə gəlməyiblər. Növbəti tədris ilindən isə yenidən məktəbə bərpa olunublar. Hazırda həmin şagirdlərdən ikisi 10-cu sinifdə, biri isə 9-cu sinifdə təhsillərini davam etdirir. Zərərçəkən isə başına gətirilən o bəladan sonra məktəbə qorxu içində gəlir.
    Təsəvvür edirsiz? Zorlanan və zorlayan uşaqlar eyni məktəbdə təhsil alır. O zavallının hər gün dərsə gedəndə yaşadığı travmanı fikirləşə bilmirəm. Doğrudanmı hüquqi dövlətdə qanunlara tüpürmək olur? Bu işi ört-basdır edənlərin 9 yaşında övladı zorlansa da eyni mövqe göstərəcəklər? Həyat bumeranqdı axı...
    Zorlanma hadisəsi may ayının 13-də məktəb daxilində baş verib. Bu olaydan əvvəl dəfələrlə zərərçəkənin qarşısı kəsilib və ona qarşı qeyri-etik hərəkətlər edilib. Zorlanan məktəblinin atası Dağıstanda çalışdığı üçün həmin vaxt Azərbaycanda olmayb. Ana və nənə isə şikayətçi olmamaları üçün susdurulub, ərizələrinin geri götürülməsi tələb edilib, bilmirəm qorxu müqabilində, yoxsa madiyyat...
    Mən kənd camaatını qınayıram şiddətlə. Övladlarınızın o tərbiyəsizlərlə eyni sinifdə oxumasını şərəfiniz necə qəbul edir? Niyə kasıb ailənin yanında olmadınız, cinayətkara cəza tələb etmədiz? Bu gün o uşağa edilən qolunuz gücdən düşəndən sonra sabah sizin övladlara ediləcək, cinayətkarlar azadlıqdadır axı... əllərini, qollarını sallaya-sallaya dərsə gəlib-gedirlər...
    Keçək Bizim MEDİA.az-da yazılan və mənim də kənd sakinlərindən dəqiqləşdirdiyim 2-ci hadisəyə.
    Sözügedən məktəbdə başqa bir olay isə bir ay əvvəl – dekabr ayında yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb. Bıçaqlanan uşağın atası lal, sakit adamdı. Bıçaqlayanın babası İcra nümayəndəliyində işləyir. Yenə güclü gücsüzü əzib, işin üstü məharətlə bağlanıb.
    Bacısının müdaxiləsi ilə 11-ci sinif şagirdi əlindən və ayağından yüngül xəsarətlər alıb.
    Yaralanan məktəbli direktorun otağına aparılıb və yaralarına elə oradaca tibbi yardım edilib. Mənbənin sözlərinə görə bıçaqlanan şəxsin anası dünyasını dəyişdiyi və atası lal olduğu üçün bu məsələ də məktəb rəhbərliyi tərəfindən gizlədilib. Elə bu səbəbdən Kürdəmir Rayon Polis Şöbəsinə bu barədə məlumat çatmayıb.
    Ana yox, ata lal... Axı o uşaq sabahın əsgəridir, dövlətimiz durub arxasında...
    Faciədir, əfəndilər, hər iki olayda şübhəli bilinən məktəblilər nə cəzalanıb, nə də məktəbdən tamamilə kənarlaşdırılıb.

    Məsələ İlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Bizim.Media-ya məsələnin araşdırıldığını bildirib. O səbəbdən mən də sorğu göndərmədim, amma facebook səhifəmdə paylaşanda əlaqədar qurumları tağ edəcəm, xahiş edəcəm araşdırsınlar.
    Mərkəzi Aran regional Təhsil İdarəsinə də sorğu yollamadım, çünki ütülü, standart açıqlamaya ehtiyacım yoxdu.
    Mən hüquq-mühafizə orqanlarımıza inanıram, güvənirəm. Bu vaxta qədər Azadmedia.az adından heç bir müraciətim cavabsız qalmayıb. İnanıram ki, boğazına təcavüz edilən uşağın da, anasız yeniyetmənin də ahı yerdə qalmayacaq, bürokratik əngəllərlə bu hadisələri ört-basdır edənlər cəzalarını alacaq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR