DİN-in mətbuat xidmətindən
Azadmedia.az-a verilən məlumata görə,
- Fevralın 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
❗❗❗
Polis əməkdaşlarının fevralın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 37,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.* Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,1 kiloqramdan artıq heroin, 19,8 kiloqrama yaxın marixuana, 4,9 kiloqramdan çox həşiş qətranı, 4 kiloqrama yaxın metamfetamin, həmçinin 2800 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
Quldurluq*Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* fevralın 27-də Bakı şəhər sakini olan bir yeniyetməni bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zöhrab Zeynalov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
OğurluqSuraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən digər şəxs – Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq*Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* fevralın 28-də Yeni Günəşli qəsəbəsindəki evlərin birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Seymur Məhərrəmov, *Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə* fevralın 28-də 6-cı mikrorayondakı evlərin birinin zirzəmisindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Məhərrəmov saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
OğurluqAbşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 4000 manatını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakinləri Xalid Daşdəmirli, Rüstəm Qasımov və Səxavət İsmayılov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.