DİN-in mətbuat xidmətindən verilən məlumata görə
- Martın 30-da ölkə ərazisində qeydə alınan 144 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 97, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb.
❗❗❗
Polis əməkdaşlarının martın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.* Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqrama yaxın heroin, 6 kiloqrama yaxın marixuana, 100 qrama yaxın tiryək, 225 qramdan çox metamfetamin, 12 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
Soyğunçuluq
Martın 30-da gecə saatlarında Sumqayıt şəhərində bir nəfərin içərisində 1848 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
*Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* soyğunçuluq əməlində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elçin İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
‼️
Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində* Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Xəlilovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zaman oradan 300 qram marixuana və metamfetamin aşkar olunub.
Şəxsi axtarış zamanı sərnişini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ceyhun Məmmədovdan isə metamfetamin, heroin, tiryək və 6 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Oğurluq
*Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.
Araşdırma aparılır.
‼️
Martın 29-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.
*Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində* avtomobil Bak-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗❗❗
Sumqayıt şəhəri ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.*
Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən olunub.
*Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
❗❗❗
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.