DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Azadmedia.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A. Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.