AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Turistləri okean sularının altında qalan “Titanik” gəmisinin qalıqlarına baxmağa aparan sualtı qayıq okeanda itib

  • + A
  • - A
  • 20-06-2023, 15:45

    Turistləri okean sularının altında qalan “Titanik” gəmisinin qalıqlarına baxmağa aparan sualtı qayıq okeanda itib

    Turistləri okean sularının altında qalan “Titanik” gəmisinin qalıqlarına baxmağa aparan sualtı qayıq okeanda itib.
    Gəmidə neçə nəfərin olduğu bəlli deyil. “Titanik”ə ekspedisiya təklif edən şirkətin məlumatına görə, sualtı qayığa beş nəfərə qədər yerləşə bilər.

    Britaniyanın BBC telekanalının məlumatına görə, Amerikanın Boston şəhərinin Sahil Mühafizəsi axtarışlara başlayıb.

    1912-ci ildə batan məşhur gəminin qalıqları Kanada sahillərindən 600 kilometr aralıda, təxminən 3800 metr dərinlikdə yerləşir. Turistlər ödəniş qarşılığında “Titanik”in qalıqlarını görə bilərlər. BBC-nin məlumatına görə, sualtı qayıqlarla belə ekspedisiyalar vaxtaşırı təşkil edilir.

    Belə turlar təklif edən şirkət OceanGate Expeditions bu yaxınlarda səkkiz günlük ekspedisiyaya çıxıb. Turistlər iştirak etmək üçün adambaşına təxminən 250.000 dollar ödəyirlər. OceanGate Expeditions itən qayığın onların sualtı qayıqlarından biri olduğunu təsdiqləyib.

    Şirkətdən açıqlama verərək, "Biz ekipajı və sərnişinləri təhlükəsiz şəkildə çıxarmaq üçün əlimizdən gələni edirik" deyiblər. Gələn ilin yayında daha iki belə ekspedisiyanın keçirilməsi planlaşdırılır.

    Xatırladaq ki, Şimali İrlandiyanın Belfast şəhərində inşa edilən "Titanik" İngiltərədən ABŞ-a ilk səyahətində batıb. Gəmidə olan 2200 nəfərdən 1500-ü həlak olub.

    Titanikin ətraflı rəqəmsal skanı bu yaxınlarda ilk dəfə olaraq innovativ üsullardan istifadə edilərək aparılıb. Və xüsusi 3D şəkillər hazırlanıb.
    Onu görməyə gedən və itən turistlərin isə okisgen ehtiyatı 96 saatdan azdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR