Xatırladaq ki, Noyabrın 10-da Neftçala rayonunda ölüm hadisəsi baş verib.
Cinayət Məcəlləsinin on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitəylə saat 04 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırma aparılır.
Azadmedia.az-ın Bakupost-a istinadla məlumatına görə, intihar edən 52 yaşlı A.Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtomobilyuma məntəqəsi olub.
A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.