Türkoloq alim, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu Bakıda yol qəzasında faciəli şəkildə həlak olub. Azadmedia.az xəbər verir ki, məlumatı jurnalist Ləman Ələşrəfqızı sosial media hesabında yazıb. Ləman xanımın yazdığına görə Arif Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi doğma Bakıda yol qəzasında həyatını itirib:
"Bir neçə ay əvvəl efirimdə olmuşdu. Necə gözəl ziyalı, necə dərin insan idi. Çox təəssüfləndim, çox. Yaxşıları itirə-itirə gedirik.Allah rəhmət eləsin!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.