AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib - Ölən var

  • + A
  • - A
  • 25-12-2023, 11:35

    Masallı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib -


    Masallı rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Asiya.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi 60BL168 DövlətNömrənişanlı "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi 42CG866 Dövlət nömrənişanlı "KAMAZ" markalı avtomobillə toqquşub.

    Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
    Faktla bağlı araşdırma aparılır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR