S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada qolu qırılan şagirdə faşist münasibəti göstərilib. Belə ki, şagirdin yıxılaraq qolu qırılsa da, məktəb rəhbərliyi təcili yardım çağırmamış, uşağı tək qolla yemək yeməyə məcbur ediblər. Məktəblinin sümük ağrısından əziyyət çəkdiyini görən Gimnaziya rəhbəri şagirdin Qubada yaşayan anasını məktəbə çağırtmış, valideyn Qubadan gəlib sözügedən əraziyə çatdıqdan sonra əraziyə Təcili Tibbi Yardım çağırılıb. Azadmedia.az xəbər verir ki, qandonduran, faşist əməlini xatırladan hadisəni jurnalist Həbibə Abdullayeva ictimailəşdirib. Yıxılıb qolu qırılan, saatlarla köməksiz vəziyyətdə qalan şagird jurnalistin qızının sinif yoldaşıdır. Həbibə xanım iradını məktəb rəhbərliyinə bildirəndə məlum olub ki, təcili tibbi yardımı çağırmamalarına səbəb heç birinin şagirdlə xəstəxanaya gedib vaxt itirmək istəməməsi olub.
İnsanların laqeydliklərindən hər yerdə ürəkağrısı ilə danışılır. Hadisə göstərir ki, etinasızlıq elə məktəblərdən başlayır. Təəssüf...
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.