AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XI sinif şagirdi məktəbin önündə bıçaqlandı

  • + A
  • - A
  • 23-01-2024, 09:55

    XI sinif şagirdi məktəbin önündə bıçaqlandı

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlaması

    XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Azadmedia.az-a verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

    Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.

    Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Baş vermiş hadisədən dərin təəssüf hissi keçiririk. Şagirdimizin vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR