"Mercedes-Benz" markalı avtomobilin sürücüsü, Astara rayon sakini Kamran Bayramov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün *Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.*
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü K.Bayramov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Astarada yol polisi əməkdaşlarının 3 ay ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı 4171 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 50 sürücü barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.