Basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız təlim-məşq toplanışını Bakıda davam etdirirlər. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçiləri olduğu U-18 millilərimiz, taktiki və texniki məşqlərlə yanaşı, yoxlama oyunlarında da komandalarının gücünü sınaqdan keçirirlər. Həmin yoxlama oyunlarından biri, bu gün Texniki Universitetin idman zalında baş tutub. U-16 və U-18 yığmalarımızın üz-üzə gəldiyi yoldaşlıq oyununda, U-16 millimiz 65-58 hesablı qələbə qazanıb. Yeniyetmələrimizin hazırlıq prosesindəki əsas məqsədi, müvafiq olaraq 9-14 iyul Albaniyanın paytaxtı Tirana və 23-28 iyul Albaniyanın Elbasan şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, hazırlıq prosesi U-16 millimizdə 6 iyul, U-18 millimizdə isə 15 iyul tarixində yekunlaşacaq
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.