Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kommunikasiyalar üzrə direktoru Mark Adams bildirib ki, müasir reallıqda elan edilmiş Olimpiya atəşkəsi simvolik aktdır.
Onun sözlərini Championship.com sitat gətirib.
"Biz sadəlövh deyilik və ümid etmirik ki, Olimpiya atəşkəsi onların hamısının atəşi dayandırmasına gətirib çıxaracaq, lakin biz mədəni sülhün tərəfdarıyıq, Olimpiadada xalqların necə dinc yanaşı yaşaya biləcəyini göstəririk. Olimpiya atəşkəsi daha çox simvolik bir hərəkətdir", - Adams bildirib.
2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Atəşkəs Oyunların başlamasına yeddi gün qalmış başlayır və başa çatdıqdan sonra daha yeddi gün davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.