AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli komandanın baş məşqçisi: “Azərbaycanda su polosunun inkişafına çalışacam”

  • + A
  • - A
  • 9-09-2024, 10:19

    Milli komandanın baş məşqçisi: “Azərbaycanda su polosunun inkişafına çalışacam”

    “Mən Azərbaycanda su polosunun inkişafına töhfə vermək üçün bütün bilik və bacarıqlarımdan istifadə etməyə çalışacağam. Üzgüçülük Federasiyasının rəhbərliyi ilə bir çox layihələri müzakirə etdik. Hesab edirəm ki, Azərbaycanda su idman növlərinin inkişafı üçün lazımi münbit şərait var. Mənə bildirdilər ki, Bakıda, Gəncədə, Mingəçevirdə və digər regionlarda yaxşı şəraiti olan üzgüçülük hövuzları var. Artıq son illər Azərbaycanın gənc və perspektivli üzgüçüləri beynəlxalq arenalarda yaxşı nəticələr göstərirlər. Bu inkişafın su polosu idman növündə də özünü göstərməsi məqsədilə buradayam. Mənə etimad göstərdiyi üçün Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinə minnətdaram. Çalışacam ki, az bir müddətdə onların etimadını doğruldam və su polosunda da Azərbaycan millisi yaxşı nəticələr əldə etsin”. Bu fikirləri Bakı Su İdmanı Sarayında ictimaiyyətə təqdim olunan su polosu üzrə Azərbaycanın Milli komadasına baş məşqçi təyin olunan yunanıstanlı mütəxəssis Panayotis Xronopulos verib. Onun sözlərinə görə həm idmançı, həm də baş məşqçi kimi öz ölkəsində və beynəlxalq yarışlarda yüksək nəticələrə nail ola bilib:
    “Ölkə xaricində millinin baş məşqçisi kimi ilk işim olacaq. Uzun illər su polosunda qazandığım təcrübələrdən Azərbaycanda da yararlanmağa çalışacam. Milli komanda ilə yanaşı federasiya rəhbərliyi ilə birgə əl ələ verib bütün ölkədə su polosunun inkişafına nail olmaq üçün müxtəlif ideya və təkliflərlə gəlmişəm. Ümidvaram ki, birgə əməkdaşlığın effektiv nəticələri yaxın vaxtlarda özünü göstərəcək” deyə Su polosu idman növü üzrə milli komandanın yeni təyin olunan baş məşqçisi əlavə edib.
    Millinin yeni baş məşqçisinin təqdimat mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə əsas məqsədlərinin su polosunun Azərbaycanda inkişafını təmin etmək olduğunu bildirib. O əlavə edib ki, bu günədək Gənclər və İdman Nazirliyi ilə birgə su idmanın inkişafı üçün müxtəlif layihələr həyata keçirilib:
    “Üzgüçülük federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı günü gündən inkişaf etdirir. Üzgüçülük idman növü üzrə müxtəlif birgə yarışlar və layihələr reallaşdırmışıq. Bundan sonra su idman növlərinə aid olan su polosu, suya tullanma və bədii üzgüçülük və açıq havada üzgüçülük üzrə də milli komandaların formalaşdırılması, bu növlərdə idmançıların yetişdirilməsi, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmələri üçün yeni layihələrin reallaşdırılmasına çalışacağıq” deyə T. Abdullazadə əlavə edib.
    Federasiya rəsmisi yunanıstanlı mütəxəssis Panayotis Xronopulosun ölkəmizdə su polosunun inkişafına köməklik edəcəyinə inamlıq ifadə edib:
    “Federasiya rəhbərliyi üzgüçüklə yanaşı digər növlərin də daha da inkişafı üçün real addımlar atır. Bunun üçün daha da bacarıqlı və beynəlxalq təcrübələri olan əcnəbi baş məçqçilərin cəlb olunmasını reallaşdırırıq. Ümid edirik ki, Panayotis Xronopulos ona göstərilən etimadı doğruldacaq və yaxın bir müddətdə su polosu komnadalarımız nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da yüksək nəticələrlə bizi sevindirəcəklər”.
    Qeyd edək ki, Panayotis Xronopulos bu postda Azər Babayevi əvəzləyib. Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR