AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"MakLaren" konstruktorlar kubokunda liderliyə yüksəldi

  • + A
  • - A
  • 15-09-2024, 18:00

    "MakLaren" konstruktorlar kubokunda liderliyə yüksəldi


    "MakLaren" Formula-1 üzrə Azərbaycan Qran-prisindən sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib.

    Bu, komanda üzvlərinin Bakıdakı yarışda 38 xal toplaması sayəsində mümkün olub.

    Britaniya təmsilçisinin hazırda 476 xalı var. "MakLaren"də Oskar Piastri Qran-prinin qalibi olub, Lando Norris isə 4-cü yeri tutub.

    Beşinci sırada yer alan üçqat dünya çempionu Maks Ferstappen "Red Bull"a 10 xal qazandıra bilib. Onun komanda yoldaşı Serxio Peres isə yarışın sonlarında Karlos Saynsla ("Ferrari") birlikdə qəza törədib. "Red Bull" 456 xalla ikinci, "Ferrari" 425 xalla üçüncüdür.

    Sürücülərin mübarizəsinə isə Ferstappen (313 xal) başçılıq edir. Norris (254 xal) ikinci, "Ferrari"dən Şarl Lekler (235) üçüncü yerdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR