Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.
O, millimizin forvardının ən azı yarım saat meydana çıxa biləcəyini deyib:
“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək. Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”.
Qeyd edək ki, Mahir Emreli bu yay “Nürnberq”ə Zaqreb “Dinamo”sundan keçib. O, yeni komandasında hələ debüt edə bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.