Azərbaycanda dinamik piramida növü üzrə ölkə bilyard çempionatı uğurla başa çatıb. Çempionatın nəticələrinə əsasən, yüksək səviyyəli oyunçular arasında keçirilən gərgin mübarizədə Vasif Məmmədov qalib adını qazanıb.
İkinci yerə Məhəmməd Əkbərov, üçüncü yerə Fuad Ocaqverdiyev və Yəhya Məmmədov layiq görülüb.
Oktyabrın 5-də start götürən və 56 iştirakçının qatıldığı ölkə çempionatının məqsədi ən güclü bilyard ustalarını müəyyənləşdirməklə yanaşı, bilyard idman növünü ölkə miqyasında daha da populyarlaşdırmaq olub.
Çempionat iştirakçılarına və təşkilatçılarına minnətdarlığımızı bildirir və gələcək yarışlarda yeni uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.