İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq maraqlı qərarı ilə gündəmə gəlib.
Niderlandlı mütəxəssis komandanın hazırlıq prosesini qapalı saxlamaq və əlverişsiz hava şəraitindən qorunmaq üçün təlim-məşq mərkəzində ağ divar inşa etdirib. Nəhəng tikili “qırmızı şeytanlar”a 200 min funt-sterlinqə başa gəlib.
İnşa edilən divarın dəyəri yüksək olduğu üçün klubda çalışan 250 nəfər işçi ixtisar olunub.
Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 8 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.