Kayman adaları təmsilçisi Cordan Kruks Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən üzgüçülük üzrə dünya çempionatında rekorda imza atıb.
İdmançı sərbəst üsulla 50 metr məsafəyə üzmə yarışında yeni dünya rekordu müəyyənləşdirib. O, buna finişə 20,08 saniyə ilə birinci çatmaqla nail olub.
Bundan əvvəlki dünya rekordu amerikalı Kaleb Dresselinə (20,16 saniyə) məxsus olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.