AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya millisi 2026-cı il Olimpiadasına buraxılmayacaq

  • + A
  • - A
  • Dünən, 23:20

    Rusiya millisi 2026-cı il Olimpiadasına buraxılmayacaq


    Beynəlxalq Buzlu Xokkey Federasiyasının (IIHF) rəsmi saytındakı materialın müəllifi, jurnalist Endryu Podnieks Rusiya millisinin 2026-cı il Olimpiadasının iştirakçıları siyahısına daxil edilməyəcəyini yazıb.

    “Kişilərin turnirində 2014-cü illə müqayisədə heyət gecə və gündüz kimi fərqli olacaq”. “Əvvəla, Soçidə çıxış edən 4 milli komanda Milanda keçiriləcək turnirdə ümumiyyətlə olmayacaq: bunlar Avstriya, Norveç, Rusiya və Sloveniya komandalarıdır.

    Rusiya millisinin cəzasının uzadılması ilə bağlı qərarı IIHF fevralın 4-də verib. Rusiya millisi 2025 və 2026-cı il dünya çempionatında iştirak etməyəcək, həmçinin gənclər arasında 2026-cı il dünya çempionatını buraxacaq.

    2026-cı ildə dünya çempionatı İsveçrədə - Sürix və Friburqda keçiriləcək.

    2022-ci ilin yazında IIHF rusiyalı oyunçuların hətta neytral statusda belə beynəlxalq turnirlərdə iştirakını dayandırmaq qərarına gəldi və təşkilat həmçinin Rusiyanı 2023-cü ildə gənclər arasında dünya çempionatını evdə keçirmək hüququndan məhrum etdi. 2023-cü ilin martında IIHF dayandırılmasını 2023/24 mövsümünə qədər uzadıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR