Bu gün bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı açıqlanıb. Payızda genişmiqyaslı idman tədbiri baş tutacaq.
III MDB Oyunlarının Azərbaycanda keçirilməsi tarixləri yarışların Təşkilat Komitəsinin bu gün baş tutan ilk iclasında açıqlanıb.
O cümlədən III MDB Oyunlarının sentyabrın 28-də start götürəcəyi açıqlanıb. Yarışlar oktyabrın 8-dək keçiriləcək. Yarışlara Azərbaycanın yeddi şəhəri ev sahibliyi edəcək.
Yarışların əksəriyyəti – səkkiz idman növü üzrə Gəncədə baş tutacaq. Mingəçevir və Qəbələdə səkkiz idman növü üzrə turnirlər (hər şəhərdə dörd) keçiriləcək. Üç növ üzrə yarışlar Şəkidə, ikisi Göygeldə, biri isə Yevlax və Xankəndidə keçiriləcək. Ümumilikdə MDB idmançıları 23 idman növündə mübarizə aparacaqlar.
Xatırladaq ki, Azərbaycanın Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.