“Real” 700 milyon qiymət qoydu, 100 milyon təklif etdilər
“Real” rəhbərliyi Marko Asensio üçün gələn təklifləri rədd edib.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, İtaliyanın “İnter” və “Yuventus” klubları 23 yaşlı forvard transfer etmək üçün Madrid təmsilçisinə müraciət edib. Lakin “Real” rəhbərliyi 100 milyon avroluq təklifləri qəbul etməyib.
Xəbərdə bildirilir ki, baş məşqçi Zinəddin Zidanın Asensionun komandada qalmasını istəyib. Bu səbəbdən klub rəhbərliyi onun üçün yayda gələcək digər təklifləri də nəzərdən keçirməmək qərarına gəlib.
Qeyd edək ki, Asensio “Real”a 2015-ci ildə “Malyorka”dan 3,5 milyon avroya transfer olunub. Cari mövsümdə oynadığı 42 matçda 6 qol vuran futbolçu 7 məhsuldar ötürmə edib. Onun müqaviləsindəki sərbəst qalma maddəsi 700 milyon avrodu.