AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkumluğu olan qadınlar üçün sahibkarlıq təlimlərinə start verilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 10:11

    Məhkumluğu olan qadınlar üçün sahibkarlıq təlimlərinə start verilib - FOTOLAR


    “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi-mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində məhkum qadınlar üçün sahibkarlıq təlimlərinə başlanılıb.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin məqsədi çətin həyat mərhələsindən keçmiş qadınlara ikinci şans vermək, onların sosial reabilitasiyasına və iqtisadi müstəqilliyinə dəstək olmaqdır. Təlimlər qadınların azadlıqdan sonrakı həyatlarında cəmiyyətə aktiv və faydalı fərd kimi qayıtmalarına xidmət edir.
    Təlimin ilk günü birlik sədri Firuzə İskəndərova və sədr müavini Tünzalə Məlikova tərəfindən hazırlanmış “Biznesdə Güclü Qadınlar” kitabının təqdimatı ilə başlayıb. Kitab sahibkarlığa maraq göstərən qadınlar üçün praktiki bələdçi və motivasiya mənbəyi kimi nəzərdə tutulub.

    Təlimləri maliyyə və sahibkarlıq üzrə ekspert Rəvan Cəfərli aparıb. O, iştirakçılara sahibkarlıq fəaliyyətinə başlama yolları, hüquqi prosedurlar, vergi uçotu, ilkin kapitalın axtarışı və dövlət dəstəyi proqramları haqqında məlumat verib.

    Sessiyalar interaktiv şəkildə keçirilib. Qadınlar təlimçi ilə sual-cavab formatında ünsiyyət quraraq, maraq göstərdikləri sahələr üzrə real addımlar barədə tövsiyələr alıblar.

    Bu təşəbbüs cəzaçəkmə müəssisəsindən azadlığa çıxan qadınların reabilitasiyası və cəmiyyətə faydalı şəkildə qayıdışına dəstək verməklə yanaşı, onların gələcəyinə yönəlik sosial investisiya rolunu da oynayır.

    Layihə çərçivəsində digər mövzularda təlimlər növbəti günlərdə davam edəcək.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR