AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərzaq bazarında “sakit” soyğunçuluq

  • + A
  • - A
  • Bu gün, 12:55

    Ərzaq bazarında “sakit” soyğunçuluq


    Market rəflərində qiymət etiketləri gözümüzün önündə sürətlə dəyişir. Dünən 2.99-a satılan xama bu gün 3.38-ə qalxıb. Nə dəyişdi? Maaşlar artdı? Xərclər azaldı? Yox! Sadəcə başımız yay istisinə, gündəlik qayğılara qarışıb, ərzaq bazarındakı “sakit” soyğunçuluğa fikir vermirik.

    Ərzaq sənayesində inhisar olanda nəticə budur – nəzarətsiz qiymət diktəsi. İstədikləri məhsulu istədikləri qiymətə satırlar. Nə bazar rəqabəti var, nə də real nəzarət.

    Azərbaycanın ərzaq bazarının böyük hissəsi iki nəhəng holdinqin əlində cəmlənib – Azərsun və Veysəloğlu. Yağdan çaya, un məmulatlarından konserv məhsullarına qədər hər sahədə onların brendləri hakimdir. Rəqabət isə yalnız kağız üzərindədir. Kiçik istehsalçılar bu monopoliya divarını aşa bilmir, bazara girsələr də, uzunömürlü ola bilmirlər.
    Rəqəmlərə nəzər salsaq görərik ki, 2023-cü ilin sonunda Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarında illik inflyasiya 13%-dən çox olub.

    Eyni dövrdə orta aylıq əməkhaqqı artımı cəmi 9% təşkil edib. Yəni qiymətlər maaşlardan daha sürətlə yüksəlib.

    Smeta, süd məhsulları, şəkər və çay kimi məhsullar üzrə qiymət artımı 15-25% aralığında dəyişib – bu isə dünya bazarında qiymətlərin stabilləşdiyi bir vaxtda baş verib.


    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə bu mənzərəni görmürmü? Onların işi məhz bazardakı süni qiymət artımlarına qarşı tədbir görmək deyilmi?

    Medianın da bu məsələdə mövqeyi ürəkaçan deyil. Hədiyyə, müqavilə, pul müqabilində susurlar, bu susqunluqdan ən çox inhisarçıların yararlanması deməkdir.

    Ərzaq qiymətləri vətəndaşın real gəlirinə uyğun deyil. Maaş artmadan qiymət qalxması sosial ədalətsizlikdir. İnhisarçılıq isə bu ədalətsizliyi qanuni don geyindirir.

    Əgər bu sahədə ciddi nəzarət mexanizmləri işə salınmasa, sabah çörəyin, südün, ətin qiymətini də “istədikləri” kimi yazacaqlar. O zaman “niyə belə oldu?” sualını vermək artıq gec olacaq.

    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR