AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"20 Yanvar" stansiyasında fövqəladə vəziyyət zamanı operativ yardım göstərilib

  • + A
  • - A
  • Bu gün, 12:23

    "20 Yanvar" stansiyasında fövqəladə vəziyyət zamanı operativ yardım göstərilib

    "20 Yanvar" metro stansiyasının növbətçisi Mətanət Cəbrayılova bildirib ki, metro əməkdaşları hər zaman fövqəladə hallara hazır olmalıdırlar. Onun sözlərinə görə, stansiya əməkdaşları mütəmadi olaraq ilkin tibbi yardım təlimlərindən keçirlər və bu, baş verən son hadisədə öz nəticəsini göstərib:

    "Mən və komanda yoldaşlarım hadisə zamanı özümüzü itirmədik. Yardım göstərmək üçün nə etməli olduğumuzu bilirdik və təcili tibbi yardım gələnə qədər qadının yanında olduq. Metro ictimai nəqliyyat vasitəsidir – burada hər an, hər şey baş verə bilər. Əsas odur ki, hazırlıqlı olaq." – deyə Mətanət Cəbrayılova vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR