Avropa Çempionatının ikinci günündə paralimpiyaçılarımızdan üç nəfəri finala vəsiqə qazanıb.
"Qafqazinfo" xəbər verir ki, İtalyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa Çempionatının ikinci günündə paralimpiyaçı cüdoçularımızdan kişilər arasında +100 kg çəkidə yarışan İlham Zəkiyev, qadınlar arasında +70 kg çəkidə Dürsədəf Kərimova və +63 kg çəkidə Xanım Hüseynova finala vəsiqə qazanıblar.
Digər idmançılarımızdan -100 kg çəkidə Kənan Abdullaxanlı və -81 kg çəkidə Hüseyn Rəhimli bürünc medal uğrunda mübarizə aparacaqlar.
Final görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yarışın birinci dünündə idmançılarımız 2 gümüş, 3 bürünc medal qazanıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.