Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq.
Belə ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımovla Zelim Kotsoyev tatamiyə çıxacaqlar.
100 kq
Elmar Qasımov ardıcıl olaraq Daniel Mukete (Belarus) və Arman Adamyan (Rusiya) üzərində qələbə qazanaraq, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Rafael Buzakarini (Braziliya) olacaq.
Onun bu mərhələdəki rəqibi Rafael Buzakarini olub. Braziliyalıya da aman verməyən idmançımız 1/4 finalda hollandiyalı Mixael Korrellə qarşılaşacaq.
Elmar Qasımov 1/4 finalda hollandiyalı Mixael Korreli üstələyib. Qasımovun final yolundakı son rəqibi Xorxe Fonseka (Portuqaliya) olacaq.
Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonçalveşi məğlub etsə də, 1/16 finalda Yaponiya təmsilçisi Aaron Volfa (Yaponiya) yenilib.
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.