“Qalatasaray” qələbə qazandı
Futbol üzrə Türkiyə Super Liqasında XXV turun daha 4 oyunu keçirilib.
Azadmedia.az xəbər verir ki, çempionluğa iddialı olan “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı minimal hesabla məğlub edib.
Son ölkə çempionu “Başakşəhər” isə səfərdə “Göztəpə”yə uduzub. “Hatayspor”la “Alanyaspor”un duelində qalib müəyyənləşməyib.
Bugünkü oyunların nəticələri:
“Konyaspor” – “Dənizlispor” – 2:0
“Qalatasaray” – “Kasımpaşa” – 2:1
“Göztəpə” - “Başakşəhər” – 2:1
“Hatayspor” – “Alanyaspor” - 0:0
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Gənclərbirliyi” – “Beşiktaş” və “Antalyaspor” – “Yeni Malatyaspor” görüşləri ilə tura yekun vurulacaq.