AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə - Latviya matçına azarkeşlər buraxılmayacaq

  • + A
  • - A
  • 29-03-2021, 20:40



    Türkiyə Futbol Federasiyası (TFF) ölkənin milli futbol komandasının növbəti oyunu zamanı stadiona tamaşaçıların buraxılmayacağını bildirib.

    Bu barədə qurumun səhiyyə idarəsi məlumat yayıb.

    Qeyd edək ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “G” qrupu çərçivəsində baş tutacaq Türkiyə - Latviya oyunu martın 30-da keçiriləcək.

    Xatırladaq ki, federasiyanın öncəki qərarında matçın izlənilməsi üçün stadiona onun ümumi tutumunun 15%-i qədər azarkeşin buraxılacağı bildirilir və matçda təxminən 11 min izləyicinin iştirakı gözlənilirdi.

    Yeni qərarın ölkədə və dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsilə bağlı olduğu bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR