AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Futbol üzrə İtaliya çempionatı: "Yuventus" "Napoli"yə qalib gəldi

  • + A
  • - A
  • 7-04-2021, 23:54


    İtaliya futbol çempionatının 3-cü turunun təxirə salınmış oyununda "Yuventus" "Napoli"ni məğlub etdi.

    Azadmedia.az-ın məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

    Qolları qalib komanda tərəfdən Kriştiano Ronaldu (13-cü dəqiqə) və Paulo Dibala (73), digər tərəfdən isə Lorenso İnsinye (90, penalti) vurublar.

    "Yuventus" 29 matçda 59 xalla liqanın turnir cədvəlində üçüncü sırada qərarlaşaraq lider "İnter"dən 12 xal geri qalır. "Napoli" 56 xalla turnir cədvəlində beşincidir

    Növbəti 30-cu turda “Yuventus” aprelin 11-də öz meydançasında “Cenoa” ilə qarşılaşacaq, “Napoli” həmin gün qonaq olaraq "Sampdoriya"ya qarşı oynayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR