Polşanın "Legiya" futbol klubunda oynayan Azərbaycan Milli Komandasının üzvü Mahir Əmrəli növbəti qolunu vurub.
Azadmedia.az xəbər verir ki, azərbaycanlı futbolçu "Rakuv" komandası ilə keçirilən oyunda komandasının bərabərlik qolunun müəllifi olub. Cərimə meydançasında əlverişsiz mövqedə olan Əmrəlinin qolu baxımlı alınıb.