AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərid Qayıbov Xırdalanda gənclərlə görüşüb

  • + A
  • - A
  • 19-04-2022, 13:52

    Fərid Qayıbov Xırdalanda gənclərlə görüşüb

    Aprelin 18-də gənclər və idman naziri Fərid Qayıbov Xırdalan şəhərində sosial yönümlü fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.

    Abşeron Olimpiya İdman Kompleksində keçirilən tədbirdə təmsil olunan 12 təşkilatın rəhbərləri iştirak ediblər. Görüşdə həmin ictimai birliklərin fəaliyyət istiqamətləri, onların qarşılaşdıqları çətinliklər, nazirliklə sıx əməkdaşlıq məsələləri müzakirə edilib.

    Həmçinin narkomaniyaya qarşı birgə mübarizə, erkən nigah, gənclərin məşğulluğu, regionlarda yaşayan gənclərin qarşılaşdıqları problemlər, gənc ailələrə dəstək, internat məzunları ilə iş, əlil gənclərin idmana cəlb edilməsi və s. istiqamətlər üzrə birgə layihələrin icrasının əhəmiyyəti qeyd olunub. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR