Gənclər və idman naziri Fərid Qayıbov bloqerlərlə görüşüb.
Azadmedia.az xəbər verir ki, görüşdən öncə nazir Binəqədi Gənclər Evinin fəaliyyəti ilə tanış olub, burada yaradılmış şəraitlə maraqlanıb. Mərkəzin xidmətindən istifadə edən gənclərlə söhbət edib.
Görüşdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10-dan çox bloqer iştirak edib. Onların suallarını cavablandıran nazir sosial media mövzusunda mövcud problemlərlə bağlı müzakirələr aparıb.
Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər öz fəaliyyətləri barədə danışıb, onları narahat edən məsələlər haqda məlumat veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.