AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UEFA-nın bu oyunları Azərbaycanda keçiriləcək

  • + A
  • - A
  • 23-04-2022, 10:00

    UEFA-nın bu oyunları Azərbaycanda keçiriləcək


    UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək.

    AzadMedia.az AFFA-nın saytına istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021-22-ci il mövsümünün qalibi ilkin mərhələnin ikinci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin birinci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaqlar.

    Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandalarının rəqibi olacaq.

    Qeyd edək ki, UEFA Region Kuboku yarışlarının 2020/2021-ci il mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR