AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı” voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıb

  • + A
  • - A
  • 31-03-2022, 09:15

    “Masallı” voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıb

    “Masallı” voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıb.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, I Liqa yarışlarının II dövrə oyunlarına yekun vurulub.

    Belə ki, kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə Birinci Liqa yarışlarının onuncu turun oyunları keçirilib.

    Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutan qarşılaşmalarla II dövrənin oyunlarına yekun vurulub və pley-offa yüksələn klubların adlarına aydınlıq gəlib.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, “Masallı” voleybolçuları “Aura” komandası ilə görüşdən qalib ayrılıblar. Üç set davam edən matç masallıların - 3:0 (25:8, 25:14, 25:19) hesablı qələbəsi ilə başa çatıb və komanda növbəti mərhələyə yüksəlib.
    Pley-off mərhələsinin oyunları aprelin 3-da olacaq. “A” qrupunda birinci olan “Təhsil“ komandası “B” qrupunun ikincisi “Masallı” ilə, “A” qrupunun ikincisi “Murov-2” isə B qrupunun birincisi “Azərbaycan Ali Hərbi Məktəbi” komandası ilə qarşılaşacaq.

    Qeyd edək ki, qaliblər aprelin 10-da finalda üz-üzə gələcək.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR