“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.
AzadMedia.az xəbər verir ki, iclasda klubun baş məşqçisi Samir Abasov istefaya göndərilib.
Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək namizədlər müəyyənləşəcək.
B komandasına Rəşad Abdullayev rəhbərlik edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.