AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda idmançılarla görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 20-11-2022, 16:24

    Masallıda idmançılarla görüş keçirilib - FOTO


    Masallıda idmançılarla görüş keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində Zəfər gününə həsr olunmuş “Kyokshinkai” karate idman növü üzrə açıq rayon birinciliyində uğurlu nəticə əldə etmiş bir qrub idmançılarla şörüş keçirilib.

    Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəsi Sabiq Cahangirov çıxış edərək idmançıları qazandıqları uğurlu nəticələrə görə təbrik edərək, hər zaman rayonumuzun və ölkəmizin idman şərəfini uca tutulmağı arzulayıb.

    Tədbirdə Valideyin Elsevər Gənciyev və başqaları çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
    Sonda Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən idmançılar təşəkkürnamə ilə təltif olunub.

    Qeyd edək ki, Bakı şəhərində Zəfər gününə həsr olunmuş Kyokshinkai karate idman növü üzrə 300-ə yaxın idmançı iştrakı ilə təşkil edilən açıq rayon birinciliyində Masallı karateçiləri uğurlu nəticə əldə edə bilib. 8 nəfər I yerə, 4 nəfər II yerə, 4 nəfər III yerə layiq görülüb.

    Xatırladaq ki, İdmançıların məşqçi-müəllimi Sabir Lətifovdur.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR