Masallı voleybolçuları “Qəhrəmanlar unudulmur” regional turnirin mükafatçısı olub.
Lənkəranda şəhid müəllimlərin xatirəsinə həsr olunmuş regional voleybol yarışı keçirilib.
Azadmedia.az xəbər verir ki, Dekabrın 17-də Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı voleybol idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət yığma komandalar arasında yarış keçirilib.
Yarışda qonaq qismində Lənkəran-Astara Region Təhsil İdarəsinin rəhbərliyi, təhsil işçiləri və Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin ailə üzvləri iştirak edib.
Yarışın yekun nəticəsinə görə Cəlilabad rayonun komandası birinci, Astara rayonunun komandası ikinci, Masallı rayonunun komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalara kubok və fəxri fərman, digər yarış iştirakçılarına isə təltifnamə verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.