Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 28 yanvar 2023-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin , “Masallı Gənclər evi”SXM-nin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkında “2 fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd idman növlərinə gənclərdə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənclərin arasında fiziki aktivliyi artırmaqdan ibarət olub.
Qeyd edək ki, festivalda cüdo, taekvondo, boks,güləş, voleybol və futbol idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər. Həmçinin idmançılar, məşqçi müəllimlər və şəhər sakinləri Heydər Əliyev adına parkında yeni yaradılmış idman qurğularından istifadə ediblər.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.