Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatı davam edir.
Yarışın 5-ci günündə Azərbaycanın 8 güləşçisi mübarizə aparacaq.
Sərbəst güləşçilərdən Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əli Tsokayev (79 kq) və Rəvan Musayev (97 kq) mübarizəyə ilkin mərhələdən start verəcək. Görüşlər saat 10:30-da başlayacaq.
Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) bu gün final görüşünə çıxacaq. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Bu qarşılaşmalar saat 18:00-da başlayacaq.
Qeyd edək ki, buna qədər Azərbaycan millisinin üzvləri 9 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələnib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.