AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

  • + A
  • - A
  • 27-05-2024, 11:56

    Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

    Mayın 26-da dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

    Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 31 dövlət qurumundan 67 əməkdaş (56 kişi, 11 qadın) iştirak edib.

    Yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov birinci olub. Rauf Rzayev (Energetika Nazirliyi) yarışı ikinci, Elnur Mehtiyev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) isə üçüncü pillədə başa vurublar.

    Qadınlar arasında Fidan Ağasıyeva (AZAL), İzzət Rəhimli (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Ülkər Maqsudova (SOCAR) fərqləniblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR