Gürcüstan Milli Tayboks və Kikboksinq Federasiyasının təşkilatçılığı ilə 31 may, 1 və 2 iyun tarixlərində, ölkə üzrə 290 yeniyetmə idmançının qatıldığı Gürcüstan çempionatına, Laqodexi rayonunun Qabal kəndində yeni fəaliyyətə başlamış “Sport Fight Club Kabal” idman klubunun yetirmələri də iştirak ediblər.
Qaballı ictimai fəal Elvin Tağıyev AzadMedia.az-a müsahibəsində qeyd edib ki, Qabal qəsəbəsindən turnirə 9 idmançı qatılıb. Onlardan Eşqin Quliyev turnir ərəfəsində ümumilikdə üç döyüş keçirdib. Birinci döyüşündə Eşqin Quliyev 48 kq çəki dərəcəsində Batumlu gürcü rəqibi Gogita Gegidzeyi, ikinci döyüşündə Siğnaği şəhərindən olan 48 kq çəki dərəcəsində Emzar Xaraşvilini və üçüncü final döyüşündə isə təkrar 48 kq çəki dərəcəsində Siğnaği şəhərindən olan rəqibi Vano Cimşitaşvilini məğlub edərək rəsmi Gürcüstan çempionu olaraq, dünya çempionatına vəsiqə qazanıb.
Çempionatda qatılmış digər Qaballı idmançılardan, Sahil Namazov ikinci yerə layiq görülüb. Rauf Əliyev, Emir Məhərrəmov, İsə Axundov, Turay Məmmədov, Coşqun Cəfərov, Sərxan Nəbiyev və Oruc Əliyev isə üçüncü yerdə qərarlaşıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.