Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. Azərbaycan millisinin 2 idmançısı yarışa qələbə ilə başlayıb.
Kənan Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb. Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə boksçumuzun xeyrinə yekunlaşıb. Aslanlı ikinci görüşündə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.
Adil Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda Luka Mazanaşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Zalov da növbəti döyüşündə irlandiyalını sınağa çəkəcək. Onun rəqibi Con Maher olacaq.
Hər 2 görüş iyunun 25-də baş tutacaq.
Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.