Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat alıb.
O, I təsnifat mərhələsində Albaniyanın "Vlazniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.